“Leyptsiq” də qələbə ilə başladı

Futbol üzrə Almaniya Bundesliqasında yeni – 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, açılış matçında son çempion “Bavariya” doğma meydanda “Şalke”ni qəbul edib. Münhen təmsilçisi bu oyunda 8 cavabasız qalib gəlib.

Dortmund “Borussiya”sı ilk tur çərçivəsində Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

“Ayntraxt” – “Arminiya” matçında qalib müəyyənləşməyib. “Köln” evdə “Hoffenhaym”a, “Ştutqart” “Frayburq”a, “Verder” “Herta”ya, “Yunion” “Auqsburq”a uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Volfsburq” – “Bayer” matçında qapılara qol vurulmayıb. “Leyptsiq” isə “Maynts”ı məğlub yola salıb.

Almaniya Bundesliqası, 1-ci tur

18 sentyabr

Bavariya – Şalke 8:0
Qol
: Qnabri: 4; 47; 59. Qoretska, 19. Levandovski, 31-pen. Müller, 70. Sane, 71. Musiala, 81.

19 sentyabr

Ayntraxt – Arminiya 1:1
Qol
: A.Silva, 62 – Souku, 51.

Köln – Hoffenhaym 2:3
Qol
: Andersson, 22. Dreksler, 86 – Kramariç, 4; 45+3-pen; 90+2.

Ştutqart – Frayburq 2:3
Qol
: Kaladziç, 71. Vamanqituka, 81 – Petersen, 8. Sallai, 26. Qrifo, 48.

Verder – Herta 1:4
Qol
: Selke, 69 – Pekarik, 42. Lukebakio, 45+2. Kunya, 62. Kordoba, 90.

Yunion – Auqsburq 1:3
Qol
: Bulter, 75 – Varqas, 41. Qreqorits, 82. Han, 89.

Borussiya D – Borussiya M 3:0
Qol
: Reyna, 35. Haland, 54-pen; 77.

20 sentyabr

Leyptsiq – Maynts 3:1
Qol
: Forsberq, 17-pen. Poulsen, 21. Haydara, 51 – Mateta, 48.

Volfsburq – Bayer 0:0

Bombardir: Andre Kramariç (Hoffenhaym), Serj Qnabri (Bavariya) – 3 qol.