“Bayer” səfərdə xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Maynts” doğma meydanda “Auqsburq”u qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.

Şənbə günü beş qarşılaşma baş tutub. “Volfsburq” evdə “Frayburq”a uduzub. “Herta” isə Mönhenqladbax “Borussiya”sını məğlub yola salıb.

Lider “Bayern” bu turda “Hoffenhaym”la üz-üzə gəlib və darmadağına sevinib. Dortmund “Borussiya”sı “Arminiya” səfərindən inamlı qələbə ilə dönüb. “Leyptsiq” isə “Qroyter”i məğlub yola salıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Köln” – “Bayer” və “Ştutqart” – “Union Berlin” matçlarında qalib müəyyənləşməyib. “Bohum” isə doğma meydanda “Ayntraxt”ı iki cavabsız qolla üstələyib.

Almaniya Bundesliqası, 9-cu tur

22 oktyabr

Maynts – Auqsburq 4:1
Qol
: Onisivo, 10. Bell, 15. Burkardt, 26; 71 – Zeqiri, 69.

23 oktyabr

Arminiya – Borussiya D 1:3
Qol
: Klos, 87-pen – E.Can, 31. Hummels, 45. Bellingem, 72.

Bayern – Hoffenhaym 4:0
Qol
: Qnabri, 16. Levandovski, 30. Şupo-Motinq, 82. Koman, 87.

Volfsburq – Frayburq 0:2
Qol
: Linhart, 27. Holer, 68.

Leyptsiq – Qroyter 4:1
Qol
: Poulsen, 46. Forsberq, 53-pen. Soboslai, 65. Ramos, 88 – Hrqota, 45-pen.

Herta – Borussiya M 1:0
Qol
: Rixter, 40.

24 oktyabr

Köln – Bayer 2:2
Qol
: Modeste, 63; 82 – Şik, 15. Bellarabi, 17.

Ştutqart – Yunion 1:1
Qol
: Faqir, 90+2 – Avoniyi, 31.

Bohum – Ayntraxt 2:0
Qol
: Blum, 3. Polter, 90+2.

Bombardir: Robert Levandovski (Bayern), Erlinq Haland (Borussiya, Dortmund) – 9 qol.