“Bayern”dən darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Hoffenhaym” “Köln”ü qəbul edib və 5 cavabsız qolla qalib gəlib.

Şənbə günü daha altı qarşılaşma baş tutub. “Frayburq” – “Leyptsiq” və “Borussiya” (Mönhenqladbax) – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib. “Ayntraxt” evdə “Herta”ya, “Qroyter” isə “Bohum”a uduzub. “Union Berlin” “Volfsburq”u məğlub yola salıb. Dortmund “Borussiya”sı da “Maynts” üzərində inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə “Auqsburq” doğma meydanda “Arminiya” ilə oyundan heç-heçəylə ayrılıb. Lider “Bayern” isə “Bayer” səfərində darmadağına imza atıb.

Almaniya Bundesliqası, 8-ci tur

15 oktyabr

Hoffenhaym – Köln 5:0
Qol
: Bebu, 31; 49. Baumqartner, 51. Qeyqer, 74. Poş, 87.

16 oktyabr

Ayntraxt – Herta 1:2
Qol
: Pasiensiya, 78-pen – Rixter, 7. Ekkelenkamp, 63.

Borussiya D – Maynts 3:1
Qol
: Roys, 3. Haland, 54-pen; 90+4 – Burkardt, 87.

Qroyter – Bohum 0:1
Qol
: Losilla, 80.

Union Berlin – Volfsburq 2:0
Qol
: Avoniyi, 49. Bekker, 83.

Frayburq – Leyptsiq 1:1
Qol
: Yonq, 64 – Forsberq, 32.

Borussiya M – Ştutqart 1:1
Qol
: Hofmann, 42 – Mavropanos, 15.

17 oktyabr

Bayer – Bayern 1:5
Qol
: Şik, 55 – Levandovski, 4; 30. Müller, 34. Qnabri, 35; 47.

Auqsburq – Arminiya 1:1
Qol
: Oksford, 19 – Laursen, 77.

Bombardir: Robert Levandovski (Bayern), Erlinq Haland (Borussiya, Dortmund) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button