Bundesliqada qonaqların günü

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Lider “Bavariya” doğma meydanda “Verder”i qəbul edib və xal itkisi ilə üzləşib. “Leyptsiq” də “Ayntraxt”la səfər oyunundan xal itkisi ilə ayrılıb. Münhenqladbax “Borussiya”sı evdə “Auqsburq”la görüşdə heç-heçəyə razılaşıb. “Şalke” doğma meydanda “Volfsburq”a, “Arminiya” “Bayer”ə uduzub.

Dortmundun “Borussiya” klubu bu tur çərçivəsində Berlin “Herta”sını sınağa çəkib. Erlinq Halandın 4 qol vurduğu oyunda dortmundlular darmadağına seviniblər. Altı qolun qeydə alındığı “Hoffenhaym” – “Ştutqart” görüşündə isə qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Frayburq” evdə “Maynts”a, “Köln” isə Berlin “Yunion”una uduzub.

Almaniya Bundesliqası, 8-ci tur

21 noyabr

Arminiya – Bayer 1:2
Qol
: Hradeçki, 47-öz qapısına – Beyli, 27. Draqoviç, 88.

Borussiya M – Auqsburq 1:1
Qol
: Noyhaus, 5 – Kaliciuri, 88.

Bavariya – Verder 1:1
Qol
: Koman, 62 – Eggeştayn, 45.

Hoffenhaym – Ştutqart 3:3
Qol
: Baumqartner, 16. Sessenyon, 48. Kramariç, 71-pen – Qonzales, 18. Vamanqituka, 27. Kempf, 90+3.

Şalke – Volfsburq 0:2
Qol
: Veqorst, 3. Şlager, 24.

Ayntraxt F – Leyptsiq 1:1
Qol
: Barkok, 43 – Poulsen, 57.

Herta – Borussiya D 2:5
Qol
: Kunya, 33; 79-pen – Haland, 47; 49; 62; 79. Gerreyro, 70.

22 noyabr

Frayburq – Maynts 1:3
Qol
: Petersen, 63 – Mateta, 2; 34; 40.

Köln – Yunion 1:2
Qol
: Skhiri, 36 – Avoniyi, 27; Kruse, 72.

Bombardir: Robert Levandovski (Bavariya) – 11 qol.