Bundesliqada tura heç-heçə ilə yekun vuruldu

Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Şalke” “Maynts”ı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə sevinib.

Son çempion “Bavariya” doğma meydanda “Köln”ə 4 cavabsız qolla qalib gəlib. “Leyptsiq” isə “Verder”i 3 cavabsız qolla üstələyib.

“Bayer” evdə “Yunion”u, “Herta” “Paderborn”u məğlub edib. “Frayburq” – “Auqsburq” qarşılaşmasında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Frankfurt şəhərində keçirilib. “Ayntraxt” klubu doğma azarkeşləri qarşısında Dortmund “Borussiya”sını qəbul edib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. Münhenqladbax “Borussiya”sı isə “Fortuna” ilə ev oyunundan qalib ayrılıb.

Sonuncu oyun günündə “Volfsburq” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 5-ci tur

20 sentyabr

Şalke – Maynts 2:1
Qol
: S.Sərdar, 36. Harit, 89 – Onisivo, 74.

21 sentyabr

Bayer – Yunion 2:0
Qol
: Volland, 20. Alario, 25.

Bavariya – Köln 4:0
Qol
: Levandovski, 3; 48. Koutinyo, 62. Perişiç, 73.

Frayburq – Auqsburq 1:1
Qol
: Holer, 23 – Nyederlexner, 39.

Herta – Paderborn 2:1
Qol
: Dilrosun, 10. Volf, 52 – Zolinski, 54.

Verder – Leyptsiq 0:3
Qol
: Orban, 13. Sabitser, 35. Sarakki, 83.

22 sentyabr

Borussiya M – Fortuna 2:1
Qol
: Turam, 74; 87 – Kasim, 6.

Ayntraxt – Borussiya D 2:2
Qol
: A.Silva, 43. Delaney, 88-öz qapısına – Vitsel, 11. Sanço, 66.

23 sentyabr

Volfsburq – Hoffenhaym 1:1
Qol
: Mehmedi, 36 – Rudi, 6.

Bombardir: Robert Levandovski (Bavariya) – 9 qol.