“Borussiya” və “Herta”dan ilk qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub. Turun açılış matçında Dortmund “Borussiya”sı çətin Leverkuzen səfərində “Bayer”lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyun qonaqların çətin qələbəsi ilə başa çatıb.

Lider “Volfsburq” bu turda “Qroyter”in qonağı olub və növbəti qələbəsini rəsmiləşdirib.

Turun mərkəzi görüşündə son çempion “Bayern” səfərdə “Leyptsiq”in qonağı olub. Beş qolun qeydə alındığı bu oyunda Münhen təmsilçisi darmadağına sevinib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Ayntraxt” doğma meydanda “Ştutqart”ı qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Əvvəlki üç oyununun hər birində uduzmuş “Herta” nəhayət bu turda “Bohum”la səfər matçından qələbə ilə ayrılmağı bacarıb. Mönhenqladbax “Borussiya”sı isə “Arminiya”nı sınağa çəkib. Meydan sahibləri bu oyunda cari mövsümdəki ilk qələbələrini rəsmiləşdiriblər.

Almaniya Bundesliqası, 4-cü tur

11 sentyabr

Bayer – Borussiya D 3:4
Qol
: Virts, 9. Şik, 45+1. Dyabi, 55 – Haland, 37; 77-pen. Brandt, 49. Gerrero, 71.

Qroyter – Volfsburq 0:2
Qol
: Nmeça, 10. Veqorst, 90+1-pen.

Yunion – Auqsburq 0:0

Frayburq – Köln 1:1
Qol
: Rafael, 89-öz qapısına – Modeste, 34.

Hoffenhaym – Maynts 0:2
Qol
: Burkardt, 21. İnqvartsen, 77.

Leyptsiq – Bayern 1:4
Qol
: Laymer, 58 – Levandovski, 12-pen. Musiala, 47. Sane, 54. Şupo-Motinq, 90+2.

12 sentyabr

Ayntraxt – Ştutqart 1:1
Qol
: Kostiç, 79 – Marmuş, 88.

Bohum – Herta 1:3
Qol
: Zoller, 59 – S.Serdar, 37; 43. Maolida, 78.

Borussiya M – Arminiya 3:1
Qol
: Ştindl, 35; 69. Zakariya, 72 – Okuqava, 45+2.

Bombardir: Robert Levandovski (“Bayern”) – 6 qol.