“Bayer”lə “Şalke”dən heç-heçə, “Auqsburq”dan qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Hoffenhaym” turun açılış matçında “Leyptsiq”i qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.

Dortmund “Borussiya”sı bu turda Düsseldorf “Fortuna”sının qonağı olub və minimal hesabla qalib gəlib.

Lider “Bavariya” bu turda Münhenqladbax “Borussiya”sını sınağa çəkib. Üç qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Maynts”ın qonağı olan “Auqsburq” bu oyundan minimal hesabla qalib ayrılıb. “Şalke” – “Bayer” matçında isə tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.

Almaniya Bundesliqası, 31-ci tur

12 iyun

Hoffenhaym – Leyptsiq 0:2
Qol
: Olmo, 9; 11.

13 iyun

Fortuna – Borussiya D 0:1
Qol
: Haland, 90+5.

Köln – Yunion 1:2
Qol
: Kordoba, 90+2 – Fridrix, 39. Gentner, 67.

Herta – Ayntraxt 1:4
Qol
: Pyontek, 24 – Dost, 51. A.Silva, 62; 86. Ndikka, 68.

Paderborn – Verder 1:5
Qol
: Sabiri, 66 – Klaassen, 20; 39. Osako, 34. Eggeştayn, 59. Fullkruq, 90+2.

Volfsburq – Frayburq 2:2
Qol
: Veqorst, 14; 27 – Holer, 43. Sallai, 46.

Bavariya – Borussiya M 2:1
Qol
: Zirzke, 26. Qoretska, 86 – Pavard, 37-öz qapısına.

14 iyun

Maynts – Auqsburq 0:1
Qol
: Nyederlexner, 1.

Şalke – Bayer 1:1
Qol
: Kaliqiuri, 51-pen – Miranda, 81-öz qapısına.

Bombardir: Robert Levandovski (Bavariya) – 30 qol.