“Leyptsiq” evdə xal itirdi, “Şalke” yenə uduzdu

Bu gün Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları iki günü əhatə edib. İlk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında “Bavariya” səfərdə Dortmund “Borussiya”sının qonağı olub. Turnir cədvəlinin vahid lideri olan münhenlilər, bu matçda da qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini artırıb.

“Bayer” bu turda “Volfsburq”la, “Verder” isə Münhenqladbax “Borussiya”sıyla qarşılaşıb. Bol qollu ilk oyunda meydan sahibləri böyük hesabla uduzublar. Digər oyunda isə qapılara qol vurulmayıb. Altı qolun vurulduğu “Ayntraxt” – “Frayburq” matçında da qalib müəyyənləşməyib.

Son turda doğma meydanda “Auqsburq”a darmadağınla uduzan “Şalke” bu dəfə “Fortuna” səfərindən əliboş qayıdıb. “Leyptsiq” isə “Herta” ilə ev oyununda xal itkisi ilə üzləşib.

Almaniya Bundesliqası, 28-ci tur

26 may

Borussiya D – Bavariya 0:1
Qol
: Kimmix, 43.

Bayer – Volfsburq 1:4
Qol
: Baumqartlinger, 86 – Ponqraçiç, 43; 75. Arnold, 64. Steffen, 68.

Ayntraxt – Frayburq 3:3
Qol
: A.Silva, 35. Kamada, 79. Çandler, 82 – Qrifo, 28. Petersen, 67. Holer, 69.

Verder – Borussiya M 0:0

27 may

Leyptsiq – Herta 2:2
Qol
: Klostermann, 24. Şik, 68 – Qruyiç, 9. Pyontek, 82-pen.

Auqsburq – Paderborn 0:0

Fortuna – Şalke 2:1
Qol
: Henninqs, 63. Karaman, 68 – Makkenni, 53.

Hoffenhaym – Köln 3:1
Qol
: Baumqartlinger, 11; 46. Zuber, 48 – Kaynts, 60.

Yunion – Maynts 1:1
Qol
: İnqvartsen, 33 – Baku, 13.

Bombardir: Robert Levandovski (Bavariya) – 27 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button