“Bayer” evdə məğlub oldu

Futbol üzrə Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.. Açılış matçında Frankfurt “Ayntraxt”ı səfərdə “Verder”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş qarşılaşma baş tutub. “Ştutqart” “Şalke”ni darmadağınla yola salıbsa, “Volfsburq” “Herta” üzərində inamlı qələbəyə sevinib.

Lider “Bavariya” bu turda “Köln”ü qəbul edib və böyük hesabla qalib gəlib. Dortmund “Borussiya”sı da autsayder “Arminiya”nı darmadağın edib. Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Leyptsiq”in rəqibi isə Münhenqladbax “Borussiya”sı olub. Beş qolun qeydə alındığı bu görüşdə də də qələbəni meydan sahibləri bayram edib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Yunion” – “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. “Maynts” evdə “Auqsburq”a, “Bayer” isə “Frayburq”a məğlub olub.

Almaniya Bundesliqası, 23-cü tur

26 fevral

Verder – Ayntraxt 2:1
Qol
: G.Selassie, 47. Sargent, 62 – A.Silva, 9.

27 fevral

Bavariya – Köln 5:1
Qol
: Şupo-Motinq, 18. Levandovski, 33; 65. Qnabri, 82; 86 – Skhiri, 49.

Ştutqart – Şalke 5:1
Qol
: Endo, 10; 26. Kaladziç, 34. Kleman, 88. Didavi, 90+2 – Kolaşinaç, 40.

Volfsburq – Herta 2:0
Qol
: Klunter, 38-öz qapısına. Lakro, 89.

Borussiya D – Arminiya 3:0
Qol
: Dahud, 48. Sanço, 58-pen. Reynier, 81.

Leyptsiq – Borussiya M 3:2
Qol
: Nkunku, 57. Poulsen, 66. Sorlot, 90+3 – Hofmann, 6-pen. Turam, 19.

28 fevral

Yunion – Hoffenhaym 1:1
Qol
: Kruse, 9-pen – Şlotterbek, 29-öz qapısına.

Maynts – Auqsburq 0:1
Qol
: Han, 25.

Bayer – Frayburq 1:2
Qol
: Beyli, 70 – Demiroviç, 50. Holer, 61.

Bombardir: Robert Levandovski (Bavariya) – 28 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button