“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında Dortmund “Borussiya”sı Frankfurt “Ayntraxt”ını qəbul edib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Auqsburq” – “Frayburq” matçında qalib müəyyənləşməyib. “Hoffenhaym” evdə “Volfsburq”a, “Paderborn” “Herta”ya, “Yunion” “Bayer”ə uduzub. “Leyptsiq” “Verder”i 3 cavabsız qolla məğlub edib. Səfərdə “Fortuna” ilə qarşılaşan Münhenqladbax “Borussiya”sı da darmadağına sevinib.

Lider “Bavariya” bu turda səfərdə “Köln”lə qarşılaşıb. Münhen təmsilçisi bu oyundan darmadağınla ayrılıb. “Maynts” – “Şalke” görüşündə isə qapılara qol vurulmayıb.

Almaniya Bundesliqası, 22-ci tur

14 fevral

Borussiya D – Ayntraxt 4:0
Qol
: Pişçek, 33. Sanço, 50. Haland, 54. Gerrero, 74.

15 fevral

Auqsburq – Frayburq 1:1
Qol
: Maks, 38 – Haberer, 51.

Hoffenhaym – Volfsburq 2:3
Qol
: Baumqartlinger, 45. Kramariç, 60-pen – Veqorsrt, 18-pen; 52-pen; 71.

Paderborn – Herta 1:2
Qol
: Srbeni, 51 – Boyata, 10. Kollins, 67-öz qapısına.

Leyptsiq – Verder 3:0
Qol
: Klostermann, 18. Şik, 39. Mukiele, 46.

Yunion – Bayer 2:3
Qol
: Gentner, 7. Bulter, 87 – Haverts, 22. Diabi, 83. Bellarabi, 9+4.

Fortuna – Borussiya M 1:4
Qol
: Tommi, 29 – Hofmann, 22. Ştindl, 51; 77. Noyhaus, 82.

16 fevral

Köln – Bavariya 1:4
Qol
: Ut, 70 – Levandovski, 3. Koman, 5. Qnabri, 12; 66.

Maynts – Şalke 0:0

Bombardir: Robert Levandovski (Bavariya) – 23 qol.