“Leyptsiq” səfərdə, “Hoffenhaym” evdə darmadağına sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında ötən tur səfərdə “Bavariya” ilə heç-heçə edən “Arminiya” doğma meydanda “Volfsburq”u qəbul edib. Qonaqlar bu görüşdə üç cavabsız qolla qalib gəliblər.

Lider “Bavariya” bu turda çətin “Ayntraxt” (Frankfurt) səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.

Turun maraqla gözlənilən qarşılaşmalarından birində Dortmund “Borussiya”sı səfərdə “Şalke”ylə üz-üzə gəlib. Rur derbisində qonaqlar darmadağına seviniblər.

Münhenqladbax “Borussiya”sı isə evdə “Maynts”a uduzub.

Sonuncu oyun günündə “Auqsburq” doğma meydanda “Bayer”lə heç-heçəyə razılaşıb.

Səfərdə “Herta” ilə qarşılaşan “Leyptsiq” darmadağına sevinib. “Hoffenhaym” da “Verder”lə ev oyununda böyük hesabla qalib gəlib.

Almaniya Bundesliqası, 22-ci tur

19 fevral

Arminiya – Volfsburq 0:3
Qol
: Şteffen, 29; 47. Arnold, 54.

20 fevral

Borussiya M – Maynts 1:2
Qol
: Ştindl, 26 – Onisivo, 10. Ştoger, 86.

Ayntraxt – Bavariya 2:1
Qol
: Kamada, 12; Yunes, 31 – Levandovski, 53.

Köln – Ştutqart 0:1
Qol
: Kaladziç, 49.

Frayburq – Yunion 0:1
Qol
: Promel, 64.

Şalke – Borussiya D 0:4
Qol
: Sanço, 42. Haland, 45; 79. Gerrero, 60.

21 fevral

Auqsburq – Bayer 1:1
Qol
: Nyederlexner, 5 – Tapsoba, 90+5.

Herta – Leyptsiq 0:3
Qol
: Sabitzer, 28. Mukiele, 71. Orban, 84.

Hoffenhaym – Verder 4:0
Qol
: Bebu, 26. Baumqartner, 44. Dabbur, 49. Rutter, 90.

Bombardir: Robert Levandovski (Bavariya) – 26 qol.