Bundesliqada mövsümə yekun vuruldu

Bu gün Almaniya Bundesliqasında 2019/20 mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, çempion “Bavariya” son turda səfərdə “Volfsburq”la qarşılaşıb və 4 cavabsız qola sevinib. Dortmund “Borussiya”sı öz meydanında “Hoffenhaym”ı qəbul edib və 4 cavabsız qolla məğlub olub.

“Şalke” bu turda “Frayburq”la səfər oyununda darmadağına üzülüb. Münhenqladbax “Borussiya”sı “Herta”yla qarşılaşmadan çətin qələbə ilə ayrılıb. “Bayer” “Maynts”ı minimal hesabla üstələyib. “Leyptsiq” isə “Auqsburq”la dueldən qalib ayrılıb.

Mövsümün yekunlarına əsasən, çempion “Bavariya” ilə yanaşı, əsas izləyiciləri “Borussiya” (Dortmund), “Leyptsiq” və “Borussiya” (Münhenqladbax) UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb. “Bayer”, “Hoffenhaym” və “Volfsburq” Avropa Liqasında iştirak hüququ əldə edib. Sonuncu pilləni tutan “Paderborn”la “Fortuna” elita ilə vidalaşıb. 16-cı pillədə qərarlaşan “Verder”i isə elitada qalmaq üçün pley-off qarşılaşmaları gözləyir.

Almaniya Bundesliqası, 34-cü tur

27 iyun

Auqsburq – Leyptsiq 1:2
Qol
: Varqas, 72 – Verner, 28; 80.

Borussiya M – Herta 2:1
Qol
: Hofmann, 7. Embolo, 78 – İbişeviç, 90+1.

Bayer – Maynts 1:0
Qol
: Volland, 2.

Borussiya D – Hoffenhaym 0:4
Qol
: Kramariç, 8; 30; 48; 50-pen.

Ayntraxt F – Paderborn 3:2
Qol
: Rode, 9. A.Silva, 33. Dost, 52 – Draqer, 55. Mişel, 75.

Frayburq – Şalke 4:0
Qol
: Valdşmit, 10; 57. Şmid, 38. Holer, 46.

Yunion – Fortuna 3:0
Qol
: Ujah, 26. Gentner, 54. Abdullahi, 90.

Verder – Köln 6:1
Qol
: Osako, 22; 58. Raşiça, 27. Fullkruq, 19. Klaassen, 55. Sargent, 68 – Dreksler, 62.

Volfsburq – Bavariya 0:4
Qol
: Koman, 4. Kyuizans, 37. Levandovski, 71-pen. Müller, 79.

Bombardir: Robert Levandovski (Bavariya) – 34 qol.