“Herta” evdə, “Volfsburq” səfərdə uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider “Bayern” doğma meydanda Münhenqladbax “Borussiya”sını qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada qonaqlar əzmkar qələbəyə seviniblər.

“Bayer” bu turda “Yunion”u sınağa çəkib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Leyptsiq” isə “Maynts”la oyunda darmadağına sevinib. Dortmund “Borussiya”sı çətin “Ayntraxt” (Frankfurt) səfərindən əzmkar qələbə ilə dönüb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Herta” doğma meydanda “Köln”ə uduzub. “Bohum” isə “Volfsburq” üzərində qələbəyə sevinib.

Almaniya Bundesliqası, 18-ci tur

7 yanvar

Bayern – Borussiya M 1:2
Qol
: Levandovski, 18 – Noyhaus, 27. Layner, 31.

8 yanvar

Bayer – Yunion 2:2
Qol
: Şik, 38. Ta, 84 – Promel, 45; 50.

Qroyter – Ştutqart 0:0

Leyptsiq – Maynts 4:1
Qol
: A.Silva, 21-pen; 61. Soboslai, 47. Nkunku, 58 – Li, 57.

Frayburq – Arminiya 2:2
Qol
: Haberer, 6. Yonq, 46 – Okuqava, 60. Lasme, 87.

Hoffenhaym – Auqsburq 3:1
Qol
: Bebu, 38; 44. Raum, 90+3 – Qreqoritş, 5.

Ayntraxt F – Borussiya D 2:3
Qol
: Borre, 15; 24 – Hazard, 71. Bellingem, 87. Dahud, 89.

9 yanvar

Herta – Köln 1:3
Qol
: Darida, 57 – Modeste, 30. Duda, 32. Tilmann, 90+1.

Bohum – Volfsburq 1:0
Qol
: Pantoviç, 65.

Bombardir: Robert Levandovski (“Bayern”) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button