“Ştutqart”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında lider “Bavariya” Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Münhen təmsilçisi iki cavabsız qolla önə keçdiyi bu matçın sonunda məğlubiyyətə üzülüb.

Dortmund “Borussiya”sı bu tur çərçivəsində turnir cədvəlinin 2-cisi “Leyptsiq”in qonağı olub və inamlı qələbəyə sevinib. Cari mövsümdə qələbəyə həsrət olan “Şalke” klubu “Hoffenhaym”la ev oyunundan qalib ayrılmaqla 30 oyundan və 1 illik fasilədən sonra 3 xala sevinib. “Bayer” “Verder”i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Auqsburq”la qarşılaşan “Ştutqart” rəqibini darmadağın edib. “Arminiya” isə “Herta” ilə ev oyunundan qalib ayrılıb.

Almaniya Bundesliqası, 15-ci tur

8 yanvar

Borussiya M – Bavariya 3:2
Qol
: Hofmann, 36; 45. Noyhaus, 49 – Levandovski, 20-pen. Qoretska, 26.

9 yanvar

Bayer – Verder 1:1
Qol
: Şik, 70 – Toprak, 52.

Frayburq – Köln 5:0
Qol
: Demiroviç, 18. Hofler, 39. Sallai, 59. Linhart, 69. Holer, 79.

Maynts – Ayntraxt 0:2
Qol
: A.Silva, 24-pen; 72-pen.

Şalke – Hoffenhaym 4:0
Qol
: Hoppe, 42; 57; 63. Harit, 80.

Yunion – Volfsburq 2:2
Qol
: Bekker, 29. Endrix, 52 – Şteffen, 10. Veqorst, 65-pen.

Leyptsiq – Borussiya D 1:3
Qol
: Sorlot, 90 – Sanço, 55. Haland, 71; 84.

10 yanvar

Auqsburq – Ştutqart 1:4
Qol
: Rixter, 46 – Qonsales, 10-pen. Vamanqituka, 29. Kastro, 61. Didavi, 87.

Arminiya – Herta 1:0
Qol
: Yabo, 64.

Bombardir: Robert Levandovski (Bavariya) – 19 qol.