“Maynts” “Ayntraxt”ı məğlub yola saldı

Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Şalke” və “Yunion” komandaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Turnir cədvəlinin lideri “Borussiya” (Münhenqladbax) doğma azarkeşləri qarşısında “Frayburq”u qəbul edəcək.

Dortmund “Borussiya”sı “Herta”nı, “Bavariya” isə “Bayer”i sınağa çəkib. Dortmundluların qələbəyə sevindiyi gündə Münhen təmsilçisi doğma meydanda məğlub olub.

“Köln” – “Auqsburq” və “Hoffenhaym” – “Fortuna” oyunlarında qalib müəyyənləşməyib. “Paderborn” isə evdə “Leyptsiq”ə uduzub.

Bazar günü daha iki görüş baş tutub. Münhenqladbax “Borussiya”sı doğma meydanda “Frayburq”a qalib gəlməklə liderliyini qoruyub. “Volfsburq” isə evdə “Verder”ə uduzub.

Sonuncu oyun günündə “Maynts” doğma meydanda “Ayntraxt”a qalib gəlib.

Almaniya Bundesliqası, 13-cü tur

29 noyabr

Şalke – Yunion 2:1
Qol
: Raman, 23. S.Serdar, 86 – İnqvartsen, 36-pen.

30 noyabr

Köln – Auqsburq 1:1
Qol
: Kordoba, 86 – Nyederlexner, 43.

Herta – Borussiya D 1:2
Qol
: Darida, 34 – Sanço, 15. Hazard, 17.

Hoffenhaym – Fortuna 1:1
Qol
: Kramariç, 6 – Henninqs, 88.

Paderborn – Leyptsiq 2:3
Qol
: Mamba, 62. Qyasula, 73 – Şik, 3. Sabitser, 4. Verner, 26.

Bavariya – Bayer 1:2
Qol
: Müller, 34 – Beyli, 10; 35.

1 dekabr

Borussiya M – Frayburq 4:2
Qol
: Turam, 3. Embolo, 46; 71. Hermann, 51 – Şmid, 6. Holer, 58.

Volfsburq – Verder 2:3
Qol
: Veqorst, 36. Villiam, 73 – Raşiça, 13; 83. Bittenkur, 39.

2 dekabr

Maynts – Ayntraxt 2:1
Qol
: Onisivo, 50. Salai, 69 – Hinteregger, 34.

Bombardir: Robert Levandovski (Bavariya) – 16 qol.