Bundesliqada meydan sahiblərinin günü

Futbol üzrə Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında Dortmund “Borussiya”sı Berlin səfərində “Yunion”un qonağı olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Leyptsiq” bu turda “Köln”lə qarşılaşıb və doğma meydanda xal itirib. “Hoffenhaym” Münhenqladbax “Borussiya”sı ilə səfər matçından qalib ayrılıb. Cari mövsümdə qələbəyə həsrət qalan “Şalke” bu dəfə “Arminiya” ilə ev oyununda məğlubiyyətə üzülüb. “Maynts” evdə “Verder”ə, “Auqsburq” “Ayntraxt”a məğlub olub.

Turun mərkəzi görüşündə lider “Bayer” ən yaxın izləyicisi “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinməklə zirvəyə yüksəlib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Frayburq” “Herta” ilə ev oyununda darmadağına imza atıb. “Volfsburq” isə “Ştutqart”la ev oyununda minimal hesabla üstün olub.

Almaniya Bundesliqası, 13-cü tur

18 dekabr

Yunion – Borussiya D 2:1
Qol
: Avoniyi, 57. Fridrix, 78 – Mukoko, 60.

19 dekabr

Şalke – Arminiya 0:1
Qol
: Klos, 53.

Leyptsiq – Köln 0:0

Maynts – Verder 0:1
Qol
: Dinkci, 90.

Borussiya M – Hoffenhaym 1:2
Qol
: Ştindl, 34-pen – Kramariç, 75. Sessenyon, 86.

Auqsburq – Ayntraxt 0:2
Qol
: Framberger, 53-öz qapısına. İlsanker, 87.

Bayer – Bavariya 1:2
Qol
: Şik, 14 – Levandovski, 43; 90+3.

20 dekabr

Frayburq – Herta 4:1
Qol
: Qrifo, 7. Demiroviç, 59. Qulde, 67. Petersen, 90+4-pen – Lukebakio, 52.

Volfsburq – Ştutqart 1:0
Qol
: Brekalo, 49.

Bombardir: Robert Levandovski (Bavariya) – 17 qol.