“Bayer” səfərdə, “Bavariya” evdə qələbə qazandı

Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Borussiya” (Münhenqladbax) səfərdə “Ayntraxt”la qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Ştutqart” – “Yunion” və “Herta” – “Maynts” görüşlərində də heç-heçə qeydə alınıb. Dortmund “Borussiya”sı isə səfərdə “Verder”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Lider “Bayer” bu turda “Köln” səfərinə yollanıb və darmadağına sevinib. “Bavariya” isə “Volfsburq”la ev oyunundan qalib ayrılıb.

Almaniya Bundesliqası, 12-ci tur

15 dekabr

Ayntraxt – Borussiya M 3:3
Qol
: A.Silva, 22-pen; 24. Barkok, 32 – Ştindl, 14; 90-pen; 90+5.

Ştutqart – Yunion 2:2
Qol
: Kaladziç, 85; 90+3 – Fridrix, 4. Avoniyi, 77.

Herta – Maynts 0:0

Verder – Borussiya D 1:2
Qol
: Mohvald, 28 – Gerrero, 12. Roys, 78.

16 dekabr

Şalke – Frayburq 0:2
Qol
: Sallai, 50; 68.

Hoffenhaym – Leyptsiq 0:1
Qol
: Poulsen, 60.

Köln – Bayer 0:4
Qol
: Vayzer, 8. Dyabi, 10. Şik, 54. Virts, 59.

Bavariya – Volfsburq 2:1
Qol
: Levandovski, 45+1; 50 – Filipp, 5.

Arminiya – Auqsburq 1:0
Qol
: Qaueleu, 85.

Bombardir: Robert Levandovski (Bavariya) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button