“Hoffenhaym”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında Berlinin “Herta” klubu doğma meydanda şəhərin digər komandası “Yunion”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Turun mərkəzi görüşündə lider “Bavariya” ən yaxın izləyicisi “Leyptsiq”lə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı da bu turda “Ayntraxt”la səfərdə heç-heçəyə razılaşıb.

Hər ikisində dörd qolun qeydə alındığı “Frayburq” – “Borussiya” (Münhenqladbax) və “Köln” – “Volfsburq” görüşləri də heç-heçə bitib. Günün yeganə qalibi “Maynts”ı məğlub yola salan “Arminiya” olub.

9 turdan sonra qələbəyə həsrət qalan “Şalke” klubu bu tur çərçivəsində “Bayer”i qəbul edib və növbəti məğlubiyyətlə üzləşib. “Verder” də “Ştutqart”la ev oyununda uduzub.

Sonuncu oyun günündə “Hoffenhaym” doğma meydanda “Auqsburq” üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası, 10-cu tur

4 dekabr

Herta – Yunion 3:1
Qol
: Pekarik, 51. Pyontek, 74; 77 – Avoniyi, 20.

5 dekabr

Frayburq – Borussiya M 2:2
Qol
: Linhart, 32. Qrifo, 49-pen – Embolo, 23. Plea, 50.

Köln – Volfsburq 2:2
Qol
: Tielmann, 18. Duda, 43 – Arnold, 29. Veqorst, 47.

Arminiya – Maynts 2:1
Qol
: Prietl, 21. Doan, 31 – Ştoqer, 82.

Ayntraxt – Borussiya D 1:1
Qol
: Kamada, 9 – Reyna, 56.

Bavariya – Leyptsiq 3:3
Qol
: Musiala, 30. Müller, 34; 75 – Nkunku, 19. Kluyvert, 36. Forsberq, 48.

6 dekabr

Verder – Ştutqart 1:2
Qol
: Selke, 90+3 – Vamanqituka, 31-pen; 90+1.

Şalke – Bayer 0:3
Qol
: Tşau, 10-öz qapısına. Baumqartlinger, 67. Şik, 78.

7 dekabr

Hoffenhaym – Auqsburq 3:1
Qol
: Qrilitş, 17; 46. Bebu, 50 – Kaliciuri, 31.

Bombardir: Robert Levandovski (Bavariya) – 12 qol.