Elxan Məmmədov Argentina səfiri ilə görüşdü

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının Azərbaycandakı səfiri Sergio Osvaldo Peres Qunella ilə görüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb, Argentina Futbol Assosiasiyası və AFFA-nın əməkdaşlığı barədə layihənin təqdimatı ilə çıxış edib.