“Sabah”ın futbolçusunun cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

Premyer Liqanın 8-ci turunun “Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 5 nömrəli futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

1-ci divizionun 4-cü turunun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. Meydança vaxtında sulanmadığına görə matçın ikinci hissəsi gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimələnir.

“Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. Matçın 52-ci dəqiqəsində “Zaqatala” klubunun 3 nömrəli futbolçusu Nicat Oruclu “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Keşlə-2” – “Turan Tovuz” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. Oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

MOİK – “Sabah-2” oyununda matçın 21-ci dəqiqəsində MOİK klubunun 45 nömrəli futbolçusu Kənan Quliyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button