Birinci divizionun 4 komandası cərimə edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda birinci divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 15-ci turunun “Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

15-ci turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

15-ci turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Neftçi-2” klubunun futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

“Neftçi-2” klubunun futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

“Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.