“Neftçi” azarkeşlərinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur;

“Səbail” komandası stadiona gec gəldiyi üçün 800 manat cərimə olunur;

“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.