78 min bilet, 40 min türk

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Fransa ilə Türkiyə milli komandaları üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, “Stad de Frans”da keçiriləcək qarşılaşma üçün satılan bilet sayı məlum olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, Fransa – Türkiyə oyununa 78 min bilet satıldığı bildirilib. Stadiondakı azarkeşlərin 40 minə yaxınının türk olacağı gözlənilir. Stadion daxilində 1400 mühafizə işçisi olacaq.

Bu gün keçiriləcək Fransa – Türkiyə oyunu saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button