İspaniya Avropa çempionatında!

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.

C qrupunun favoritlərindən Almaniya Estoniya ilə, Hollandiya Belarusla üz-üzə gəlib. Hollandlar çətin, almanlar isə asan qələbəyə seviniblər.

Azərbaycan yığmasının yer aldığı E qrupunda da iki matç baş tutub. Millimizin Macarıstana uduzduğu gündə Xorvatiya Uelsin qonağı olub. Xorvatlar səfərdə qalib gəlsəydilər, AÇ-2020-nin final mərhələsinə vəsiqənin sahibi olacaqdılar. Amma qarşılaşma heç-heçə bitib və xorvatlar istəklərinə çata bilməyiblər.

Bir oyunu iki gün sonraya təsadüf edəcək G qrupunun lideri Polşa isə bu vəzifənin öhdəsindən gəlib. Bunun üçün onlar Şimali Makedoniyaya qalib gəlməli, Sloveniyanın xal itkisinə ümid etməliydi. İnamlı qələbə qazanan polşalılar sloveniyalıların xal itirdiyi gündə Avropa çempionatına vəsiqəni bayram ediblər.

İ qrupunda Belçikanın ardınca Rusiya da final mərhələsinə yüksəlib. Bunun üçün şimallılar Kipr səfərində uduzmamalıydı. Şimal qonşularımız bu istəklərinə darmadağınla çatıblar. Qrupun digər matçında Belçika səfərdə Qazaxıstanı məğlub edib.

Dünən daha 7 qarşılaşma keçirilib. A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması final mərhələsinə vəsiqəni rəsmilşdirə bilərdi. Bunun üçün “dumanlı albion” təmsilçisi qələbə qazanmalı, digər matçda isə Kosovo Monteneqroya uduzmalı idi. İngilislər özləri darmadağına seviniblər. Amma digər oyunda Kosovo da inamlı qələbə qazandığından, ingilislərin arzusu gerçəkləşməyib.

B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşıb. Meydan sahibləri uduzmasa, final mərhələsinə vəsiqə qazanacaqdı. Portuqaliyanın buna nail olması isə Serbiyanın büdrəməsindən asılı idi. Ukrayna Portuqaliyanı məğlub etməklə arzusuna çatıb və qitə birinciliyinə vəsiqə qazanıb.

H qrupunda eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilərdi. Amma tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

Bu gün keçiriləcək 9 qarşılaşma ilə 8-ci tura yekun vurulub. J qrupunda Yunanıstan Bosniya və Herseqovinanı qəbul edib və qələbə qazanıb. İtaliya isə Lixtenşteyn səfərinə yollanıb və darmadağına sevinib.

F qrupunda İspaniya İsveçlə, Rumıniya isə Norveçlə üz-üzə gəlib. İspanlar səfərdə heç-heçəyə nail olmaqla Avropa çempionatına vəsiqəni təmin ediblər.

AÇ-2020, seçmə mərhələ, 8-ci tur

13 oktyabr

İ qrupu

Qazaxıstan – Belçika 0:2
Qol
: Batşuayi, 21. Munye, 53.

Kipr – Rusiya 0:5
Qol
: Çerışev, 9; 90+2. Ozdoyev, 23. Dzyuba, 79. Qolovin, 89.

Şotlandiya – San Marino 6:0
Qol
: Makqinn, 12; 27; 45+1. Şenklend, 65. Findli, 67. Armstronq, 87.

C qrupu

Belarus – Hollandiya 1:2
Qol
: Draqun, 54 – Veynaldum, 32; 41.

Estoniya – Almaniya 0:3
Qol
: İ.Gündoğan, 52; 58. Verner, 71.

E qrupu

Macarıstan – Azərbaycan 1:0
Qol
: Korhut, 10.

Uels – Xorvatiya 1:1
Qol
: Q.Beyl, 45+3 – Vlaşiç, 9.

G qrupu

Sloveniya – Avstriya 0:1
Qol
: Poş, 21.

Polşa – Şimali Makedoniya 2:0
Qol
: Frankovski, 74. Milik, 80.

14 oktyabr

A qrupu

Bolqarıstan – İngiltərə 0:6
Qol
: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.

Kosovo – Monteneqro 2:0
Qol
: Rahmani, 10. Muriqi, 34.

B qrupu

Ukrayna – Portuqaliya 2:1
Qol
: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.

Litva – Serbiya 1:2
Qol
: Kazlauskas, 79 – Mitroviç, 49; 53.

H qrupu

Fransa – Türkiyə 1:1
Qol
: Jiru, 76 – K.Ayhan, 82.

İslandiya – Andorra 2:0
Qol
: Siqurdsson, 38. Siqtorsson, 65.

Moldova – Albaniya 0:4
Qol
: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.

15 oktyabr

J qrupu

Finlandiya – Ermənistan 3:0
Qol
: Yensen, 31. Pukki, 61; 88.

Yunanıstan – Bosniya və Herseqovina 2:1
Qol
: Pavlidis, 30. Kovaçeviç, 88-öz qapısına – Qoyak, 35.

Lixtenşteyn – İtaliya 0:5
Qol
: Bernardeski, 2. Belotti, 70; 90+2. Romanyoli, 77. ElŞaaravi, 82.

D qrupu

Cəbəllütariq – Gürcüstan 2:3
Qol
: Kaskyaro, 66. Çipolina, 74 – Xaraişvili, 10. Kankava, 21. Kvilitaya, 84.

İsveçrə – İrlandiya 2:0
Qol
: Seferoviç, 16. Daffi, 90+3-öz qapısına.

G qrupu

İsrail – Latviya 3:1
Qol
: Dabbur, 16; 42. Zahavi, 26 – Kamess, 40.

F qrupu

Rumıniya – Norveç 1:1
Qol
: Mitrita, 62 – Sorlot, 90+2.

İsveç – İspaniya 1:1
Qol
: Berq, 50 – Rodriqo, 90+2.

Farer adaları – Malta 1:0
Qol
: Baldvinsson, 71.

Bombardir: Eran Zahavi (İsrail) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button