Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

H qrupunun lideri Türkiyə doğma azarkeşləri qarşısında İslandiyanı qəbul edib. Türklər bu görüşdə ən azı heç-heçə etsəydilər, AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaqdılar. İslandiya qalib gəlməsə, təkcə Türkiyə yox, Fransa da AÇ-2020-yə yüksələcəkdi. Belə də olub. Qarşılaşma qolsuz bitib və Türkiyə millisi Fransa yığmasıyla birgə qitə birinciliyinə vəsiqə qazanıb. Fransızlar türklərin xal itkisindən yararlanaraq, Moldova üzərində qələbə ilə həm də qrup liderliyini ələ keçiriblər.

A qrupunda İngiltərə Monteneqroya uduzmasa, Çexiya isə Kosovonu üstələsə, hər iki komanda vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Belə də olub. İngilislər darmadağınla, çexlər isə əzmkar qələbə ilə istəklərinə çatıblar.

B qrupunda Ukraynadan sonra Portuqaliya da final mərhələsinə yollanmağa yaxın idi. Bunun üçün portuqallar qalib gəlməli, Serbiya da Lüsksemburqla görüşdə xal itirməliydi. Amma həm Portuqaliya, həm də Serbiya qalib gəldiyindən, hər şeyə son turda aydınlıq gələcək.

Dünən daha 8 qarşılaşma keçirilib. 8-ci turdan AÇ-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edən İtaliya millisi səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb və darmadağınla qalib gəlib və maksimum nəticə ilə davam edir. Finlandiya isə Lixtenşteynlə ev oyunundan qalib ayrılmaqla İtaliyanın ardından qrup ikincisi kimi AÇ-2020-yə vəsiqə qazanıb.

F qrupunun lideri İspaniya yığması isə Maltanı sınağa çəkib və 7 cavabsız qola sevinib. İsveç isə Rumıniyaya səfərdə qalib gəlməklə qitə birinciliyinə vəsiqəni təmin edib.

Azərbaycan milli komandası isə E qrupu çərçivəsində bu gün Uelsi qəbul edib və məğlub olub. Qrupun digər oyununda Xorvatiya ilə Slovakiya münasibətlərinə aydınlıq gətirib. Əzmkar qələbəyə sevinən xorvatlar həm də AÇ-2020-yə vəsiqəni təmin ediblər.

G qrupunda Polşa səfərdə İsrailə, Avstriya evdə Şimali Makedoniyaya qalib gəlib. Bununla da Polşa 1-ci yeri təmin edib. Avstriya isə final mərhələsinə vəsiqəni 2-ci yerlə qazanıb.

C qrupunda iki matç oynanılıb. Almaniya Belarus üzərində asan qələbə əldə edib. Bu nəticə Bundestimi AÇ-2020-yə daşıyıb. Hollandiya isə çətin Şimali İrlandiya səfərdindəki heç-heçə ilə final mərhələsinə adlayıb. Lakin qrup qalibinin adına son tur aydınlıq gətirəcək.

AÇ-2020, seçmə mərhələ, 9-cu tur

14 noyabr

H qrupu

Türkiyə – İslandiya 0:0

Albaniya – Andorra 2:2
Qol
: Balay, 6. Manay, 55 – Martines, 18; 48.

Fransa – Moldova 2:1
Qol
: Varan, 35. Jiru, 79-pen – Rata, 9.

A qrupu

İngiltərə – Monteneqro 7:0
Qol
: O.Çemberleyn, 11. H.Keyn, 19; 24; 37. Reşford, 30. Sofranaç, 66-öz qapısına. T.Abraham, 84.

Çexiya – Kosovo 2:1
Qol
: Kral, 71. Çelustka, 79 – Nuhiu, 50.

B qrupu

Portuqaliya – Litva 6:0
Qol
: Ronaldo, 7-pen; 22; 65. Pitsi, 52. Pasiensiya, 56. B.Silva, 63.

Serbiya – Lüksemburq 3:2
Qol
: Mitroviç, 11; 43. Radonyiç, 70 – Rodriqes, 54. Turpel, 75.

15 noyabr

J qrupu

Ermənistan – Yunanıstan 0:1
Qol
: Lumnios, 34.

Finlandiya – Lixtenşteyn 3:0
Qol
: Tuominen, 21. Pukki, 64-pen; 75.

Bosniya və Herseqovina – İtaliya 0:3
Qol
: Açerbi, 21. İnsinye, 37. Belotti, 53.

F qrupu

Norveç – Farer adaları 4:0
Qol
: Reqiniussen, 4. Fossum, 8. Sorlot, 62; 65.

Rumıniya – İsveç 0:2
Qol
: Berq, 18. Kayson, 34.

İspaniya – Malta 7:0
Qol
: Morata, 23. Kasorla, 41. Torres, 62. Sarabia, 63. Olmo, 69. Moreno, 71. Navas, 85.

D qrupu

İsveçrə – Gürcüstan 1:0
Qol
: İtten, 77.

Danimarka – Cəbəllütariq 6:0
Qol
: Skov, 12; 64. Qyutkyer, 47. Breyveyt, 51. Eriksen, 85; 90+4.

16 noyabr

I qrupu

Kipr – Şotlandiya 1:2
Qol
: Efrem, 47 – Kristie, 12. Makqinn, 53.

Rusiya – Belçika 1:4
Qol
: Cikiya, 79 – T.Hazard, 19. E.Hazard, 33; 40. Lukaku, 72.

San Marino – Qazaxıstan 1:3
Qol
: Bernardi, 77 – Zaynutdinov, 6. Suyumbayev, 22. Şçetkin, 26.

E qrupu

Azərbaycan – Uels 0:2
Qol
: Mur, 10. H.Uilson, 34.

Xorvatiya – Slovakiya 3:1
Qol
: Vlaşiç, 56. Pektoviç, 60. Perişiç, 74 – Bojenik, 32.

G qrupu

Sloveniya – Latviya 1:0
Qol
: Tarasov, 53-öz qapısına.

Avstriya – Şimali Makedoniya 2:1
Qol
: Alaba, 7. Layner, 48 – Stoyanovski, 90+3.

İsrail – Polşa 1:2
Qol
: Dabbur, 88 – Krixovyak, 4. Piontek, 54.

C qrupu

Almaniya – Belarus 4:0
Qol
: Ginter, 41. Qoretska, 49. Kroos, 55; 83.

Şimali İrlandiya – Hollandiya 0:0

Bombardir: Eran Zahavi (İsrail), Harri Keyn (İngiltərə) – 11 qol.