Türkiyə İslandiyaya uduzdu, Almaniyadan 8 cavabsız qol

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma keçirilib. Bu oyunlardan 8-də darmadağının qeydə alınması xüsusi diqqət çəkib.

A qrupunda Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edib. Çexlər inamlı qələbəyə seviniblərsə, digər oyunda qonaqlar çətinliklə də olsa, meydanı qalib tərk ediblər.

3-cü turda Serbiyanı 5 cavabsız qolla məğlub edən Ukrayna millisi doğma azarkeşləri qarşısında Lüksemburqu sınağa çəkib və bu dəfə də meydanı qələbə ilə tərk edib. Serbiya isə Litva ilə qarşılaşmadan inamlı qələbəylə ayrılıb.

F qrupunda lider İspaniya İsveçi, Malta isə Rumıniyanı qəbul edib. İspanlar evdə, rumınlar səfərdə 3 xala sahib çıxan tərəf olub. Norveç isə səfərdə Farer adaları ilə münasibətlərinə aydınlıq gətirib və meydanı qalib tərk edib.

Qonşu Gürcüstan yığması səfərdə Danimarkaya böyük hesabla məğlub olub. Qrupun digər oyununda İrlandiya evdə Cəbəllütariqi məğlub edib.

G qrupunun lideri Polşa bu dəfə doğma meydanda İsraili darmadağın edib. Avstriya səfərdə Şimali Makedoniyadan, Sloveniya isə Latviyadan üstün olub.

4-cü turun qalan oyunları bu gün keçirilib.

E qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti oyununu keçirib. Baş məşqçi Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşıb və rüsvayçı məğlubiyyətlə üzləşib. Qrupun digər matçında isə Macarıstan Uelsi qəbul edib və minimal hesabla üstün olub.

Günün maraqla gözlənilən qarşılaşmasında Türkiyə səfərdə İslandiyanın qonağı olub. 3-cü turda son dünya çempionu Fransanı məğlub edən türklər, H qrupunun vahid lideri idi. Amma “ay-ulduzlular” bu matçda məğlubiyyətlə üzləşiblər. Qrupun digər oyununda Fransa səfərdə Andorranı darmadağın edib. Albaniya isə Moldovadan üstün olub.

J qrupunda İtaliya doğma meydanda Bosniya və Herseqovina üzərində çətin qələbəyə sevinib. Finlandiya da Lixtenşteynlə səfər oyunundan qalib ayrılıb. Yunanıstan isə gözlənilmədən evdə Ermənistana məğlub olub.

İ qrupunda Belçika evdə Şotlandiyanı, Qazaxıstan San Marinonu darmadağın edib. Rusiya isə Kiprlə oyunda minimal hesabla üstün olub.

AÇ-2020, seçmə mərhələ, 4-cü tur

11 iyun

C qrupu

Almaniya – Estoniya 8:0
Qol
: Roys, 10; 37. Qnabri, 17; 62. Qoretska, 20. İ.Gündoğan, 26-pen. Verner, 79. Sane, 88.

Belarus – Şimali İrlandiya 0:1
Qol
: Makneyr, 86.

E qrupu

Azərbaycan – Slovakiya 1:5
Qol:
R.Şeydayev, 29 – S.Lobotka, 8. Y.Kuçka, 27. M.Hamşik, 30; 57. D.Hanko, 85.

Macarıstan – Uels 1:0
Qol
: Patkai, 81.

H qrupu

İslandiya – Türkiyə 2:1
Qol
: Siqurdsson, 21; 31 – D.Tokoz, 40.

Andorra – Fransa 0:4
Qol
: Mbappe, 11. Ben Yedder, 30. Toven, 45. Zuma, 60.

Albaniya – Moldova 2:0
Qol
: Çikalleşi, 66. Ramadani, 90.

I qrupu

Qazaxıstan – San Marino 4:0
Qol
: Kuat, 45. Fedin, 62. Suyumbayev, 65. İslamxan, 79.

Rusiya – Kipr 1:0
Qol
: İonov, 38.

Belçika – Şotlandiya 3:0
Qol
: Lukaku, 45; 57. De Bruyne, 90.

J qrupu

İtaliya – Bosniya və Herseqovina 2:1
Qol
: İnsinye, 49. Verratti, 86 – Dzeko, 32.

Yunanıstan – Ermənistan 2:3
Qol
: Zeka, 54. Fortunis, 87 – Karapetyan, 8. Qazaryan, 32. Barseqyan, 74.

Lixtenşteyn – Finlandiya 0:2
Qol
: Pukki, 37. Kaellman, 57.

10 iyun

A qrupu

Çexiya – Monteneqro 3:0
Qol
: Yankto, 18. Kopitoviç, 49-öz qapısına. Şik, 82-pen.

Bolqarıstan – Kosovo 2:3
Qol
: Popov, 43. Dimitrov, 55 – Raşiça, 14. Muriqi, 64. Raşani, 90.

B qrupu

Ukrayna – Lüksemburq 1:0
Qol
: Yaremçuk, 6.

Serbiya – Litva 4:1
Qol
: Mitroviç, 20; 34. Yoviç, 35. Lyayiç, 90 – Novikovas, 71-pen.

D qrupu

İrlandiya – Cəbəllütariq 2:0
Qol
: Çipolina, 27-öz qapısına. Bradi, 90.

Danimarka – Gürcüstan 5:1
Qol
: Dolberq, 13; 63. Eriksen, 30-pen. Poulsen, 73. Breytvayt, 90 – Lobjanidze, 25.

F qrupu

İspaniya – İsveç 3:0
Qol
: S.Ramos, 64-pen. Morata, 85-pen. Oyarzabal, 87.

Malta – Rumıniya 0:4
Qol
: Puşkas, 7; 29. Kipçu, 34. Man, 90.

Farer adaları – Norveç 0:2
Qol
: Yonsen, 49; 83.

G qrupu

Polşa – İsrail 4:0
Qol
: Pyontek, 35. Levandovski, 56-pen. Qrosiçki, 58. Kadzior, 84.

Latviya – Sloveniya 0:5
Qol
: Çrniqoy, 24; 26. İliçiç, 29-pen; 44. Zayç, 47.

Şimali Makedoniya – Avstriya 1:4
Qol
: Hinteregger, 18-pen – Lazaro, 39. Arnautoviç, 62-pen; 82. Laymer, 86.

Bombardir: Eran Zahavi (İsrail) – 7 qol.