AÇ-2020: Püşk atıldı – Macarıstan Bolqarıstanla qarşılaşacaq

Bu gün AÇ-2020-nin pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, 16 yığmanın iştirakı ilə keçiriləcək tədbir saat 15:00-da başlayıb.

Əvvəlcə Bolqarıstan, Macarıstan, İsrail və Rumıniyanın rəqibləri müəyyənləşib. İsrail C yolunda Şotlandiya ilə qarşılaşacaq.

Püşkatmada həlledici görüşlərin meydan sahibləri də bəlli olub.

Pley-offun yollar üzrə yarımfinal oyunları gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

AÇ-2020, pley-off mərhələsi

A yolu

İslandiya – Rumıniya
Bolqarıstan – Macarıstan

B yolu

Bosniya və Herseqovina – Şimali İrlandiya
Slovakiya – İrlandiya

C yolu

Şotlandiya – İsrail
Norveç – Serbiya

D yolu

Gürcüstan – Belarus
Şimali Makedonya – Kosovo