AÇ-2020-də son finalçılar bəlli oldu

Bu gün AÇ-2020-nin pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, turnirin final mərhələsi koronavirus pandemiyasına görə 2021-ci ilin yayına təxirə salınıb.

AÇ-2020-nin final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparan 16 komanda bu gün ilk sınağına çıxıb. Pley-off mərhələsinin yarımfinal və final görüşləri bir oyundan ibarət olacaq.

Pley-off mərhələsindəki komandalar ötənilki Millətlər Liqasında ən yaxşı nəticə göstərən millilərdir. A yolunda Bolqarıstan Macarıstanla, İslandiya isə Rumıniya ilə üz-üzə gəlib. Bu görüşlərdə macarlarla islandlar sevinən tərəf olub.

Millətlər Liqasının D qrupunda Azərbaycanla mübarizə aparan və qrupu lider olaraq tamamlayan Kosovo yığması pley-offda Şimali Makedoniya ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. D yolunun digər görüşündə Gürcüstan Belarusu minimal hesabla üstələyib.

B yolunda baş tutan Bosniya və Herseqovina – Şimali İrlandiya və Slovakiya – İrlandiya oyunlarında qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən irlandlar və slovaklar növbəti mərhələyə yüksəliblər. C yolunda Şotlandiya da İsraili penaltilərlə üstələyib. Serbiya yığması isə Norveç üzərində qələbəyə sevinib.

AÇ-2020, pley-off mərhələsi, yarımfinal

8 oktyabr

D yolu

Gürcüstan – Belarus 1:0
Qol
: Okriaşvili, 7-pen.

Şimali Makedoniya – Kosovo 2:1
Qol
: Kololli, 16-öz qapısına. Velkovski, 33 – Haderqyonay, 29.

A yolu

Bolqarıstan – Macarıstan 1:3
Qol
: Yomov, 89 – Orban, 17. Kalmar, 47. Nikoliks, 75.

İslandiya – Rumıniya 2:1
Qol
: Siqurdsson, 16; 35 – Maksim, 62-pen.

B yolu

Bosniya və Herseqovina – Şimali İrlandiya 1:1 (penaltilər 3:4)
Qol
: Kruniç, 14 – Makqinn, 53.

Slovakiya – İrlandiya 0:0 (penaltilər 4:2)

C yolu

Norveç – Serbiya 1:2
Qol
: Normann, 88 – Milinkoviç-Saviç, 82; 103.

Şotlandiya – İsrail 0:0 (penaltilər 5:3)