“Nə olur olsun, bu oyunda qalib gəlməliyik” – Simeone

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyundan əvvəl açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Münhen klubu ilə matç barədə bunları deyib:

“Bu günədək əldə etdiyimiz nəticələrdən sonra səhv etmək haqqımız qalmayıb. Nə olur olsun, bu oyunda qalib gəlməliyik. Məqsədimiz bəllidir: rəqibin boşluqlarından yararlanıb, sərfəli nəticə qazanmaq.

Heyət “Bavariya”nın məşqçisinin seçimidir. Rəqib komandanın çox yaxşı futbolçuları var. “Bavariya”nın bütün hücumçuları heyətdədir və yaxşı vəziyyətdədirlər. Bu, onlar üçün böyük üstünlükdür”.

Simeone, koronavirusa yoluxduğu üçün bu oyunda iştirak etməyəcəyi deyilən Luis Suaresin vəziyyəti barədə də danışıb:

“Bu virus çox qəribədir, növbəti gün testlər neqativ nəticələnə bilər. Suares fərdi məşqlər edir və komandaya faydası dəysin istəyir. Özünü yaxşı hiss edir və ən vacibi budur”.

“Atletiko” – “Bavariya” oyunu bu gün, saat 00:00-da start götürəcək.