“Bu gecə heç kim məğlub olmayacaq” – Van Dayk

“Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu, bu gün qalibi müəyyənləşəcək “qızıl top” mükafatı ilə bağlı bunları deyib:

“Bu gecə heç kim məğlub olmayacaq. Burda olduğum üçün qürur duyuram. Həm komanda, həm də milli üçün göstərdiyim oyundan sonra belə yerdə olmaq mənim üçün qürurdur. Qürur duyuram, çünki bir çox futbolçu bu mərasimə qatılmır, belə hadisələr üçün hazırlaşmır”.

Van Dayk Premyer Liqadakı çempionluq yarışı ilə bağlı da danışıb:

“İkinci yerlə aramızdakı xal fərqinin heç bir mənası yoxdur. Yaxşı mövqedəyik, hər gün daha yaxşısını əldə etməyə çalışırıq, amma bu, asan deyil. Əlimizdən gələn sadəcə cəhd etməkdir. Ən vacibi isə qarşıdakı bütün oyunlarda qalib gəlməkdir”.

Van Daykla birgə Lionel Messi və Kriştiano Ronaldonun namizəd olduğu “qızıl top” mükafatının təqdimetmə mərasimi bu gün, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button