Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanddır. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Norveçli futbolçu komandasının PSJ-ni 2:1 hesabıyla məğlub etdiyi matçda 2 qol vurub.