“Bu, cari mövsümdəki ən yaxşı oyunumuzdur” – Kuman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Yuventus”a 2:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, katalonların çıxışından razı qaldığını bildirib:

“Avropanın güclü komandalarından birinə qarşı yaxşı oyun göstərdik, bir çox qol epizodu yaratdıq. Komandamın göstərdiyi oyun üslubundan və xarakterindən razı qaldım. Bu, cari mövsümdəki ən yaxşı oyunumuzdur. Ən əsası, komanda işi gördük. Müdafiədə bəzi çətinliklərimiz oldu. “Yuventus” kimi Avropanın güclü komandalarından birinə qalib gəlmək irəliləməyimizə kömək edəcək. Bacardığımız ən yaxşı nəticəni əldə etməyə çalışırıq”.