Kloppdan Çempionlar Liqası ilə bağlı narazılıq: “Bu, cəfəngiyyatdır”

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasında mübarizə aparan klubların sayının artırılması fikriə ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, bu ideyaya qarşı olduğunu bildirib:

“İngiltərə top klublarının Çempionlar Liqasında daha çox oyun keçirmək istədikləri ilə bağlı məqalə oxudum. Bununla razılaşmıram. Bu, cəfəngiyyatdır. Biz bu turnirdə oyunların sayını artırmamalı, əksinə, azaltmalıyıq”.