“Ümid edirəm ki, Messi PSJ-yə gələr”

Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya “Barselona”dakı gələcəyi müzakirə edilən Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az “Canal+”a istinadən xəbər verir ki, Di Mariya, Messinin Paris klubuna mümkün transferi və özünün PSJ ilə müqaviləni yeniləyib-yeniləməyəcəyi ilə bağlı danışıb:

“Ümid edirəm ki, Messi PSJ-yə gələr. Bu, böyük şansdır. İndi sakit davranmalı və hadislərin gedişatını izləməliyik.

Mənim müqaviləmə gəlincə, klubla danışıqlarımız davam edir”.

“Barselona” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Messinin PSJ-yə keçəcəyi deyilir.

Di Mariyanın PSJ ilə müqaviləsi bu mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button