Gürcüstanda futbol yarışları təxirə salındı – koronavirusa görə

Gürcüstanda aprelin 1-nə qədər bütün futbol yarışlarını təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

Gürcüstan Futbol Federasiyası (GFF) futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, aprelin 1-nə qədər futbol üzrə bütün çempionatları təxirə salıb.