“Bu atmosferdə qalib gəlmək hamımız üçün mükəmməl bir an idi” – Flik

UEFA superkuboku oyununda “Sevilya”ya 2:1 hesabı ilə qalib gələn “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik matçdan sonra açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis, qələbəni belə şərh edib:

“Komandanın təkcə meydanda deyil, məşqlərdə də əla çalışmaq ruhu var. “Bavariya”nın hər bir üzvü çalışmaq, oynamaq, inkişaf etmək istəyir. Oyuna uyğunlaşmaq 15 dəqiqəmizi aldı. Qol buraxsaq da, sonda komanda maneələri aradan qaldırdı.

Azarkeşlərin stadiona geri qayıtması da bizə müsbət təsir göstərdi. Bu atmosferdə qalib gəlmək hamımız üçün mükəmməl bir an idi”.