“Real” və “Barselona”nın yaxşı futbolçuları var, amma…” – Forlan

İspaniyanın “Atletiko” klubunun keçmiş futbolçusu Dieqo Forlan La Liqadakı çempionluq yarışı ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı sabiq futbolçu, “Atletiko”nun müəyyən üstünlük qazana biləcəyini deyib:

“Real” və “Barselona”nın yaxşı futbolçuları var, amma belə futbolçular “Atletiko”da da çıxış edir. “Atletiko” bu yay Joao Feliks kimi çox yaxşı futbolçunu heyətinə qatdı, eyni zamanda Dieqo Koşta kimi təcrübəli və istedadlı futbolçuları var. Klub mövsümöncəsi yaxşı hazırlıq keçdi. İndi özlərini La Liqada necə sübut edəcəklərini gözləmək lazımdır.

“Atletiko” hər zaman olduğu kimi titul uğrunda mübarizə aparacaq. “Real”, “Barselona” və “Atletiko” arasında olan fərq getdikcə azalır. “Real” və “Barselona”nın komandada tarix yazmış, son dövrlərdəki uğurlarında pay sahibi olan futbolçuları qocalır. Bu, “Atletiko” üçün üstünlük ola bilər. “Atletiko” bu iki kluba nisbətən daha sürətli yenilənir. Düşünürəm ki, bu klub kuboklar uğrunda mübarizə aparmaq üçün yaxşı vəziyyətdədir”.

Forlan 2007-2011-ci illərdə “Atletiko”nun şərəfini qoruyub.