“Bu, əsl döyüş idi” – Mançini

UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Niderland yığması ilə 1:1 hesablı bərabərliyə razılaşan İtaliya millisinin baş məşqçisi Roberto Mançini oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italyan mütəxəssis, rəqibin onu təəccübləndirdiyibi bildirib:

“Rəqib ilk dəfə bu sistemdə oynadı. Onların sistemi dəyişdirməsi mənim üçün sürpriz oldu. Əvvəldən oyunun çətin keçəcəyini bilirdik. Bəzi komandalar meydanda böyük problem yarada bilir, bu dəfə də elə oldu. Hücum edirdik və real qol şansları yaradırdıq. Çətin qarşılama oldu. Bu, əsl döyüş idi”.