“Borussiya” “Brügge” ilə danışıqlara başladı

“Brügge”nin yarımmüdafiəçisi Emmanuel Dennis cari mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bir neçə klubun hədəfindədir. “Borussiya” (Dortmund), “Napoli”, “Leyptsiq”, “Bayer” və “Sauthempton” nigeriyalı futbolçunun xidmətində maraqlıdır. “Borussiya”nın artıq “Brügge” ilə danışıqlara başladığı bildirilir.

2017-ci ildən “Brügge”nin şərəfini qoruyan Dennisin klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.