Balotelli üçün Argentina variantı

“Breşiya”nın futbolçusu Mario Balotelli karyerasını Argentinada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Cənubi Amerika mətbuatı məlumat yayıb. Məlumatda, 29 yaşlı hücumçunun “Boka Xuniors” klubuna keçə biləcəyi bildirilib.

Balotelli, meneceri Mina Rayola tərəfindən “Boka Xuniors”a təklif olunub. İtalyan forvardla ABŞ-ın “Los Anceles Qalaksi” klubu da maraqlanır.

“Breşiya” klubu Balotelli ilə müqaviləni ləğv etmək istəsə də, hücumçu bununla razılaşmayıb. Forvardın A Seriyası klubuyla sözləşməsi 2022-ci ilin yayına qədərdir.