Dani Alveşin avtomobilini oğurladılar

Braziliyanın “San Paulo” klubunda forma geyinən Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı futbolçunun avtomobili oğurlanıb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Avtomobilini duracaqda saxlayan Alveş, geri qayıdarkən maşının yerində olmadığını görünüb. Məsələ ilə bağlı araşdırma aparan yerli polis, oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib.

Karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus” və PSJ kimi klublarda çıxış edən Alveş, 2019-cu ilin yayından “San Paulo”nun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button