“Milan” və “Monako” braziliyalıya “elçi düşdü”

Braziliyanın “Qremio” klubunun futbolçusu Jan Pyer karyerasını Avropada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Milan” və “Monako” klubları 21 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Jan Pyer Braziliyada mövsüm bitdiyindən, artıq komandadan ayrılmaq niyyətindədir. Artıq bir neçə klubun braziliyalı yarımmüdafiəçi üçün “Qremio” ilə danışıqlara başladığı bildirilir.

Jan Pyer “Qremio”nun yetirməsidir. Bu mövsüm 20 oyuna çıxan yarımmüdafiəçi 5 qol vurub.