“Ölüm sayı artdıqca futbol oynamağın mənası qalmır”

Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Jorje Xesus koronavirus pandemiyası səbəbindən yerli çempionatın təxirə salınmasını istəyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xesus, bu barədə Karioka liqası çərçivəsində “Portuquese” klubunu 2:1 məğlub etdikləri oyundan sonra danışıb:

“Hazırda Portuqaliyada deyiləm, ancaq olanlardan xəbərim var. Yaxın dostum koronavirusdan öldü. Ölüm sayı artdıqca futbol oynamağın mənası qalmır. Ümid edirəm ki, bu oyun liqaların təxirə salınmasından əvvəl oynadığımız son oyun olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button