Borca görə klubun fəxri prezidentini öldürdü

Braziliyalı futbolçu Vinisius Korsini həbs olunub.

Komanda.az xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi keçmiş klubu “Nasyonal de Rolandiya”nın fəxri prezidenti Xose Danilson Alves de Oliveyranı öldürməkdə ittiham olunur.

Hadisə sentyabrın 16-da baş verib. Korsini Danilsonla mübahisə etdikdən sonra onu bıçaqlayaraq öldürüb. Yarımmüdafiəçi hadisə yerindən qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən saxlanılıb və polisə təhvil verilib. Korsini ilə mərhum futbol funksioneri arasında borc məsələsi olduğu iddia olunur.

Danilson xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.