Dani Alveş Avropaya qayıtmaq istəyir

Braziliyalı futbolçu Dani Alveş “San Paulo” klubundan ayrılmaq istəyir.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi yenidən Avropaya qayıtmaq niyyətindədir. Alveşin “San Paulo” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Müdafiəçi bu mövsüm Braziliya çempionatında beş oyunda iştirak edib və bir qol vurub.

Alveş 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra o, “Barselona”, “Yuventus” və PSJ klublarında forma geyinib. “Sambaçı” Braziliya yığmasında 118 oyunda 8 qol vurub.