Oğlu Pelenin səhhəti haqda: “Utanır və insanlara görünməmək üçün…”

Braziliya yığmasının sabiq futbolçusu Pelenin səhhəti pisləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə keçmiş hücumçunun oğlu Edson Şolbi açıqlama verib. O, atasının sağlıq durumunun yaxşı olmadığını və normal gəzə bilmədyini deyib:

“O, çox utancaq və həvəssizdir. Təsəvvür edin, o, bir kraldır, hər zaman önəmli biri olub, ancaq indi normal gəzə bilmir. Utanır və insanlara görünməmək üçün çölə çıxmaq istəmir”.

Pele Braziliya millisi ilə üç dəfə dünya çempionatının qalibi olub. Karyerası ərzində 1281 qol vuran keçmiş hücumçu, futbol dünyasının canlı əfsanələrindən biri olaraq göstərilir.