Ronaldinyo birlikdə çalışdığı ən yaxşı baş məşqçinin adını açıqladı

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo, karyerası ərzində işlədiyi ən yaxşı baş məşqçinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan keçmiş yarımmüdafiəçi, Frank Raykardın ən yaxşı olduğunu deyib:

“O, əla məşqçi və sakit insandır. Raykard birlikdə çalışdığım ən yaxşı baş məşqçidir. O, hər şeyi bilirdi və bu, bizim üçün çox şeyi sadələşdirirdi.

Raykard mənə sərbəstlik verdi və futbolumu oynamağıma şərait yaratdı. Ancaq top bizdə olmayanda da öz üzərimə düşənləri etmək məcburiyyətindəydim”.

Ronaldinyo il Raykard 2003-2008-ci illər aralığında “Barselona”da olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button