Romarionun özündən 31 yaş kiçik sevgilisi FOTOLAR

Keçmiş futbolçu Romarionun özündən 31 yaş kiçik sevgilisinin olması Braziliyada gündəm olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı keçmiş hücumçu, sevgilisi Ana Karolina haqqında açıqlama verib. Romario, onun münasibətini tənqid edənlərə belə cavab verib:

“Yaş sadəcə bir rəqəmdir. Biz bir-birimizi sevirik və qalan şeylərin əhəmiyyəti yoxdur. İnsanlar aramızda 31 yaş fərqinin olmasını tənqid edə bilər, ancaq biz bununla maraqlanmırıq”.

Romarionun 22 yaşlı sevgilisi Karolina isə tənqidlər haqda açıqlama verməyib.

Karyerası ərzində PSV, “Valensiya”, “Barselona” kimi klublarda forma geyinən Romario, 70 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb. Sabiq forvard yığmada 55 qol vurub.