“Hər şeyə hazırlıqlı olmalıyıq” – Alisson Bekker

Braziliya millisinin qapıçısı Alisson Bekker Amerika kubokunun yarımfinalında Argentina ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Bekker, finala çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Komandama inanıram. Qələbə qazanaraq, finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. Ancaq hər şeyə hazırlıqlı olmalıyıq.

“Roma” və “Liverpul”la fərqli tarix yazdıq. Hər iki klub komanda futbolu oynayır. Özümə lazım olan təcrübəni qazanmışam.

Argentina ilə oyunda səhvlərə yol verməməliyik. Milli komandanın bütün üzvlərinin var gücü ilə çalışacaqlarına inanıram”.

Braziliya – Argentina matçı bu gün, saat 04:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button