Pele onu varisi kimi görür

Braziliya milli komandasının sabiq futbolçusu Pele açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, PSJ-nin futbolçusu Kilian Mbappenin onun xələfi olduğunu deyib:

“Mbappe mənim varisim olmaq üçün hər şeyə malikdir, zarafat etmirəm. Özümün sürətli oyunumu onda görürəm. Top ona gələndə nə edəcəyini yaxşı bilir. Bunlar müasir futbolda vacib şeylərdəndir. Bundan başqa, Mbappe də mənim kimi sürətlə qaçır və driblinq edir”.